Yuxarı

Toy karvanında təhlükə... - DYP müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toy karvanında təhlükə... - DYP müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsində toy karvanında yol hərəkət qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara müraciət edib.

Bu barədə Axar.az-a İdarədən məlumat verilib.

"Müşahidələr göstərir ki, toy karvanlarına qoşulan bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq ümumi hərəkət təhlükəsizliyinə ciddi risklər yaradırlar. Sürət həddinin aşılması, təhlükəli manevrlərin edilməsi, səs siqnallarından həddindən artıq istifadə, avtoxuliqanlıq xarakterli davranışlar və digər hərəkət iştirakçılarına maneələrin yaradılması bu qəbildəndir. Belə halların baş verməsi isə həm karvanda iştirak edənləri, həm də digər hərəkət iştirakçılarını təhlükə altında qoyur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, toy karvanlarında:

- nəqliyyat vasitələrinin sayının məhdud saxlanılması,

- yalnız bir hərəkət zolağı üzrə hərəkət edilməsi,

- ara məsafəsinin gözlənilməsi,

- optimal sürət rejiminin seçilməsi,

- içkili halda sükan arxasına keçilməməsi

Unutmaq olmaz ki, sevincli günün acı xatirəyə çevrilməməsi üçün hər bir sürücü məsuliyyətli davranmalı və yol hərəkəti qaydalarına ciddi riayət etməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara əməl etməyə çağırır", - məlumatda qeyd olunub.

Tarix
2025.08.29 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla