Yuxarı

Azərbaycanda Quql, Maykrosoft mərkəzləri yaradıla bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Quql, Maykrosoft mərkəzləri yaradıla bilər

Azərbaycanda gələcəkdə Quql, Maykrosoft, OpenAI və digər şirkətlərin mərkəzləri, elmi-tədqiqat bazaları yaradıla bilər.

Axar.az xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bu gün Bakıda keçirilən ICPC-nin 49-cu dünya finalının açılış mərasiminin kuluarlarında jurnalistlərə bildirib.

O bildirib ki, bu gün Bakıda keçirilən ICPC-nin 49-cu dünya finalında 70 ölkədən 140 komanda iştirak edir:

"Bu tələbələr IT, kompüter elmləri sahəsinin ən aparıcı, ən əlaçı tələbələridirlər və gələcəkdə böyük şirkətlərdə işləyən mütəxəssislər - mühəndislər, proqramçılar olacaqlar.

Bu yarışmanın Azərbaycanda keçirilməsi, həm ölkəmizin imicinin, prestijinin inkişafına dəstək verəcək, həm də Azərbaycanda IT texnologiyaların, kompüter elmlərinin, kompüter sənayesinin inkişafına dəstək olacaq. Eyni zamanda, Azərbaycanda gənc nəsil proqramçıların yetişdirilməsinə, tərbiyəsinə və təhsilinə mühüm təsir göstərəcək".

"Bu yarışmanın gedişatına böyük şirkətlər – Quql, Maykrosoft, OpenAI və digərləri baxırlar, izləyirlər. Buradakı şagirdləri, tələbələri işə götürürlər. Beləliklə, bu şirkətlərin də Azərbaycanla əlaqələri güclənir. Azərbaycanda gələcəkdə həmin şirkətlərin mərkəzləri, elmi-tədqiqat bazaları yaradıla bilər. Bu da nəticədə ölkəmizdə IT sahəsinin inkişafına dəstək olacaq", - deyə F.İsmayılzadə vurğulayıb.

Tarix
2025.09.01 / 20:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla