Yuxarı

Rusiyadan vurduğu AZAL təyyarəsi ilə bağlı açıqlama: Ödəmişik!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan vurduğu AZAL təyyarəsi ilə bağlı açıqlama: Ödəmişik!

2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı bir sıra kütləvi informasiya vasitələri, eləcə də Teleqram kanalları sığorta vəsaitinin ödənilməməsi ilə bağlı yalan məlumatlar yayır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Biz faciə ilə bağlı insanların emosional reaksiyasına hesablanmış, tanış kinik üslubda başqa bir fərziyyə ilə qarşılaşırıq. Belə eyhamlar reallığa uyğun gəlmir. Bu yalandır. Reallıqda vəziyyət belədir:

2025-ci ilin fevral ayından Rusiyanın sığorta şirkəti “AlfaStraxovanie” ASC Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması (Bakı-Qroznı reysi) ilə bağlı sığorta ödənişlərini həyata keçirir. Azərbaycan aviaşirkətinə təyyarə üçün tam sığorta dəyəri - 1,003 milyard rubl məbləğində sığorta kompensasiyası ödənilib.

62 sərnişindən ölən xə xəsarət alan 46 nəfərlə bağlı iddialar tam təmin edilib, o cümlədən 15 Rusiya vətəndaşından 7-nin, 38 Azərbaycan vətəndaşından 35-nin, 3 Qırğızıstan vətəndaşının hamısının, 6 Qazaxıstan vətəndaşından 1-nin ödənişi tam təmin edilib.

Bu günə kimi təyyarənin xəsarət almış sərnişinlərinə və ölənlərin yaxınlarına ümumilikdə 358,4 milyon rubl sığorta ödənişi edilib.

Xəsarət alanlar və ölənlərin yaxınları ilə kompensasiya məbləğlərinin tam həlli məqsədilə işlər davam edir”.

XİN ictimaiyyəti yalan məlumatlara inanmamağa çağırıb.

Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsi Qroznı səmasında Rusiya HHM qüvvələrinin atəşinə məruz qalıb və ciddi zədələnib. Rusiya ərazisində enişinə icazı verilmədiyindən Qazaxıstana üz tutan təyyarə zədələnməsi səbəbindən Aktau hava limanı yaxınlığında qəza enişi edib.

Rusiya təyyarənin vurulmasının məsuliyyətini üzərinə götürməkdən, mənəvi zərərin ödənilməsindən və günahkarların cəzalandırılmasından yayınır.

Hazırda ödənilməsi davam edən isə sığortadır.

Tarix
2025.09.04 / 20:59
Müəllif
Axar.az
Digər xəbərlər

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib? - Rəsmi

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

Qazaxıstanın baş naziri Azərbaycana gəlir

Azərbaycanda bunları edənlər 7 min cərimələnəcək

Prezident təsdiqlədi: Yol polisi artıq bunu edə bilməyəcək

Ermənilər Köçəryana inandılar və Qarabağı tərk etdilər!

Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla