Yuxarı

Gürcüstanda tapılan bu ehtiyatlar onu dünya liderinə çevirəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda tapılan bu ehtiyatlar onu dünya liderinə çevirəcək

Çin bərpa olunan metalların hasilatı sahəsində dünya liderliyini itirə bilər.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, buna Gürcüstanda aşkarlanan nəhəng manqan ehtiyatı səbəb ola bilər.

Bildirilir ki, Gürcüstda 240 milyon ton həcmində manqan filizlərinin olması təsdiqlənib və belə miqyas qüvvələr balansını tamamilə dəyişə bilər.

Manqan filizləri "yeni litium" adlanır. Bu material elektrik avtomobil sənayesində geniş istifadə olunur, lakin litium tezliklə bitə bilər və onun əvəzi indidən axtarılır. Buna görə də elektromobillərin istehsalında manqanın rolu artır. Ondan batareyalara ucuz və etibarlı katodlar yaratmaq üçün istifadə olunur.

İndi Gürcüstan dünyanın diqqət mərkəzindədir. Çiatura bölgəsində manqan filizinin böyük ehtiyatları təsdiqlənib. Son hesablamalara görə, söhbət 240 milyon tondan gedir. Bu ərazidə 20-ci əsrin əvvəllərindən manqan ooliti hasil edilir. Amma ehityatların dəqiq həcmi indiyədək müəyyənləşməmişdi.

Nəşr xatırladıb ki, Çin onilliklər ərzində strateji resurslar sahəsində inhisarçı olub, lakin indi Gürcüstan kimi rəqibin meydana çıxması onu narahat edir. Həmçinin qeyd edilir ki, ABŞ və digər ölkələr Pekindən asılılığı azaltmaq üçün Tiflis ilə tərəfdaşlıq imkanlarını artıq nəzərdən keçirir. Gürcüstanın özü üçün bu, qlobal enerji sektorunda əsas oyunçu olmaq və Qərb üçün təhlükəsiz alternativ təchizatçı olmaq şansı yaradır.

Tarix
2025.09.05 / 21:21
Müəllif
Axar.az
Digər xəbərlər

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla