Yuxarı

DYP-dən hərəkət iştirakçılarına müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən hərəkət iştirakçılarına müraciət

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib.

BDYPİ-dən Axar.az-a verilən məlumata görə, magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir.

Qeyd olunub ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq yoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas şərtlərindəndir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırıb ki, yol hərəkəti qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrə də səbəb olur.

Tarix
2025.09.06 / 09:46
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla