Yuxarı

Yük maşınının obyektə çırpılmasının – Anbaan videosu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yük maşınının obyektə çırpılmasının – Anbaan videosu

Baş Dövlət Yol Polisi Goranboyda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən Axar.az-a verilən məlumata görə, sentyabrın 7-də saat 16:30 radələrində Bakı–Qazax avtomobil yolunun 312-ci kilometrində, Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İlkin araşdırmalara əsasən, "Mersedes" markalı yük avtomobilini idarə edən 2002-ci il təvəllüdlü Türkiyə vətəndaşı Taha Əli Şimşək idarəetməni itirərək əvvəlcə yolun ortasında yerləşən maneələrə çırpılıb, daha sonra isə qeyri-yaşayış obyektinə daxil olub. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

İlkin ehtimala görə, hadisənin səbəbi sürücünün sükan arxasında diqqətini itirməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi uzun məsafələrə səfərə çıxan sürücülərə yenidən müraciət edərək diqqətə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq istirahət etmək, səhhətə diqqət yetirmək, hərəkət zamanı isə fasilələrlə dincəlmək həyati zərurətdir. Yorğun, diqqətsiz və hazırlıqsız halda sükan arxasına əyləşmək qəza riskini dəfələrlə artırır.

Qurum sürücülərə xatırladır ki, sürət həddinə riayət olunması, təhlükəsizlik kəmərindən istifadə və diqqətin yalnız yola yönəldilməsi yol-nəqliyyat hadisələrinin qarşısını almağın əsas şərtlərindəndir.

Unutmayın: qaydalara əməl etməklə siz yalnız özünüzü deyil, digər hərəkət iştirakçılarının da həyatını qoruyursunuz.

Tarix
2025.09.08 / 12:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla