Yuxarı

Su tarifləri də diferensiallaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Su tarifləri də diferensiallaşdırılır

Azərbaycanda gələcəkdə su tariflərinin diferensiallaşdırılması planlaşdırılır.

Axar.az xəbər verir ki, bunu Report-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.

Onun sözlərinə görə, növbəti illərdə əsas diqqət əhalinin və sahibkarlıq subyektlərinin sudan səmərəli istifadəsi və qorunması istiqamətində maarifləndirilməsinə, sudan qanunsuz istifadənin qarşısının alınmasına, transsərhəd çaylarda və digər su obyektlərində monitorinq və nəzarətin gücləndirilməsinə yönələcək.

"Asanlaşdırılmamış istifadə hallarının qarşısının alınması, göllər və su tutarlarının düzgün uçotunun aparılması, ətraf mühitin qorunması və su obyektlərinin çirklənməsinin qarşısının alınması da prioritetlərimiz sırasındadır", - R.Aslanov qeyd edib.

O əlavə edib ki, görüləcək işlər çərçivəsində gələcəkdə sudan ödənişli istifadə qaydalarının təkmilləşdirilməsi və tariflərin diferensiallaşdırılması nəzərdə tutulur:

"Buradakı məqsəd aztəminatlı ailələr və daha çox sudan istifadə edən sahibkarlar üçün ədalətli bölgünü təmin etməkdir. Bu, tariflərin qaldırılması demək deyil, sadəcə istifadəçilər arasında fərqləndirmə aparılmasıdır. Tariflərin artırılması barədə qərar vermək müvafiq qurumların səlahiyyətindədir və yaxın gələcəkdə bu istiqamətdə addım nəzərdə tutulmur".

Tarix
2025.09.11 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla