Yuxarı

Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış iş adamı ilə bağlı cinayət işi başladı

"Vüsal 300" kimi tanınan iş adamı Vüsal Şirvan oğlu Abbasov barəsində cinayət işi açılıb.

Axar.az Report-a istinadla xəbər verir ki, "Vüsal 300" bir neçə nəfərlə əlbir olaraq qanunsuz lizinq fəaliyyəti ilə məşğul olmaqda ittiham olunur.

Belə ki, Vüsal Abbasov vətəndaşlara məxsus avtomobilləri və digər əmlakların girov saxlamaqla qanuna müvafiq olmayan faiz dərəcələri ilə lizinqə salmaqda təqsirləndirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə "Vüsal 300" məxsus ofislər, avtomobil qarajı üzərinə məhkəmə tərəfindən həbs qoyulduğu və Xətai Rayon Prokurorluğu tərəfindən möhürləndiyi görünür.

Qeyd edək ki, "Vüsal 300" Bakıda ən bahalı maşınların icarədarı kimi tanınır. Bir çox tanınmış müğənninin avtomobili məhz ona məxsusdur.

Tarix
2025.09.13 / 13:01
Müəllif
Axar.az
Digər xəbərlər

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla