Yuxarı

"ChatGPT" istifadəçilərinə pis xəbər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"ChatGPT" istifadəçilərinə pis xəbər...

"OpenAI" şirkəti "ChatGPT"də reklam yerləşdirməyə hazırlaşır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, şirkət "ChatGPT"də reklam formatlarının tətbiqi imkanları da daxil olmaqla, strategiyasında əhəmiyyətli dəyişikliklər olacağını elan edib.

Şirkətin tətbiqlər üzrə yeni direktoru Fici Simo pul qazanma ilə bağlı departamentə rəhbərlik edə biləcək yüksək səviyyəli menecer axtarışına başlayıb. Bu mütəxəssis abunə xidmətlərinin inkişafı və "ChatGPT" də daxil olmaqla, "OpenAI" məhsulları üçün reklam vasitələrinin yaradılmasına cavabdeh olacaq.

Fici Simo texnologiya dünyasında tanınmış simadır. O, əvvəllər Feysbukun inkişafına nəzarət edib və "Meta"nın reklam modelinin genişləndirilməsində əsas rol oynayıb. İndi "OpenAI" onun bu təcrübəsini süni intellekt sahəsinə tətbiq etməyi planlaşdırır.

İnsayderlərin sözlərinə görə, yeni menecer Sem Altmana yox, birbaşa Simoya hesabat verəcək.

Qeyd edək ki, hazırda "OpenAI" "ChatGPT Plus" abunəliklərindən və korporativ həllərdən gəlir əldə edir.

Tarix
2025.09.28 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla