Yuxarı

Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra Bakıda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra Bakıda - Foto

Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailə üzvləri 30 ildən sonra ilk dəfə Azərbaycana gəlib.

Axar.az xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağası Şakiroğlu məlumat verib.

Ailə üzvləri Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və digər dövlət xadimlərinin məzarını ziyarət edib.

“Müstəqil Azərbaycanımızın qorunub-saxlanılmasında, güclənməsində müstəsna xidmətləri olmuş mərhum Prezidentimiz Heydər Əliyevin, həyat yoldaşı görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın və digər görkəmli dövlət xadimlərinin, ziyalıların, xüsusi hörmət bəslədiyimiz digər şəxsiyyətlərin məzarlarını ziyarət etdik.

Ardınca bizlərə məğrurluq, qürur, iftixar və qələbə hisslərini yaşatmış müqəddəs şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət etdik.

Çox xoşbəxtəm. Bakımızı 30 ildən sonra kəşf etmək, həyata keçirilmiş quruculuq, abadlıq işləri ilə tanış olmaq, paytaxtımızı müasir və inkişaf etmiş görmək çox qürurvericidir. Deməliyəm ki, dünyanın ən məşhur paytaxt şəhərlərində olmuşuq, lakin bizim paytaxtımız təkcə təmizliyi ilə deyil, zövq və gözəlliyi ilə də onların hamısından öndədir.

Başda müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürlərimizi bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq”, - Rəsul Quliyevin qızı Xanım Hənna bildirib:

Tarix
2025.10.12 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla