Yuxarı

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi avtobusların hərəkət istiqaməti dəyişdi

Bakı şəhərinin Ramana qəsəbəsi yolunda baş verən avtobus qəzasından sonra Baş Dövlət Yol Polisi İdarəsi marşrut xətlərinin həmin yoldan deyil, qəsəbənin içindən keçməsi ilə bağlı dəyişiklik edib.

Bunu Report-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

N.Allahyarova qeyd edib ki, bu yenilik daimi deyil və optimallaşdırma işləri bitdikdən sonra qərar veriləcək:

"Optimallaşdırma aparılır və Bakı Nəqliyyat Agentliyi onlar üçün uyğun bir yol müəyyən edəcək. Amma hələ ki, Baş Dövlət Yol Polisi belə qərar qəbul edib".

Agentlik rəsmisinin sözlərinə görə, Ramana yolunda yaradılan süni dayanacağın ləğv edilməsi ilə bağlı "Azəravtoyol" ASC-yə müraciət edilib: "Həmin yolda süni dayanacaq yaradılmışdır və "Azəravtoyol"a həmin dayanacağın ləğvi ilə bağlı müraciət etmişdik və deyildiyinə görə, artıq bu dayanacaq bağlanıb".

Qeyd edək ki, iyulun 17-də saat 08:00 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakinləri Həsən Heybətov idarə etdiyi "Shacman" markalı yük avtomobilini qarşıda gedən Kərəm İbrahimovun 171 saylı xətt üzrə idarə etdiyi "Daewoo" markalı avtobusa vurub. Avtobus yolun kənarında dayanmış Vahid Cəfərova məxsus "VAZ-2107" markalı avtomobilə dəyib və "Daewoo" ilə "Shacman" markalı avtomobillər aşıb. H.Heybətov, K.İbrahimov və 21 sərnişin xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, hərəkət istiqamətləri dəyişdirilən 160, 171, 150, 136, 141, 101 və 187 saylı marşrut avtobuslarıdır.

Tarix
2016.07.23 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla