Yuxarı

Ərini öldürüb həyətdə basdırdı, üstünə gül əkdi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərini öldürüb həyətdə basdırdı, üstünə gül əkdi...

15:38

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri tərəfindən polisə müraciət edilib.

DİN-in Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi və meyitin yaşadığı evin həyətində basdırıldığı müəyyən edilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən E.İbrahimova tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

***

Bakıda itkin düşdüyü deyilən, sonradan qətlə yetirildiyi məlum olan 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin qətli ilə bağlı bəzi məqamlar məlum olub.

Oxu.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə S.Əliyevin 1986-cı il təvəllüdlü həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən ov silahı ilə qətlə yetirildiyi məlum olub. Müəyyən edilib ki, həyat yoldaşının meyitini yaşadığı evin həyətində basdırıb. Qadın daha sonra meyiti basdırdığı yerdə gül kolları əkərək, izi itirmək istəyib. O, hər gün həmin ərazidəki gülləri sulayaraq, kolların solmasının qarşısını alıbmış.

Tarix
2025.10.22 / 15:59
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla