Yuxarı

Nazir bunu gördükdən sonra Səmədovun oğlunu işdən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir bunu gördükdən sonra Səmədovun oğlunu işdən çıxardı

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlu Toğrul Səmədov vəzifəsindən uzaqlaşdırılıb.

Axar.az Oxu24.com-a istinadla xəbər verir ki, Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Toğrul Səmədovla bağlı qərarı şəxsən ədliyyə naziri Fərid Əhmədov özü verib.

Bildirilir ki, ədliyyə naziri Fərid Əhmədov cəzaçəkmə müəssisələrinə baş çəkən zaman qarşılaşdığı mənzərədən sonra bu addımı atıb.

Toğrul Səmədov iş yerində özü üçün xüsusi dəbdəbəli malikanə yaradıbmış. Tikintidə xüsusilə bahalı materiallardan istifadə olunduğu deyilir.

“Toğrul Səmədovun otağındakı mebellər xaricdən, baha qiymətə alınmışdı”, - məlumatda qeyd olunub.

Bildirilib ki, ədliyyə naziri Fərid Əhmədov bu mənzərəni gördükdən sonra Toğrul Səmədovun fəaliyyətini yoxlamağı tapşırıb. Yoxlamalar nəticəsində rəisin işində ciddi nöqsanlar aşkarlanıb. Bununla da Saleh Səmədovun ikinci oğlu da rəis vəzifəsini itirib. Toğrul Səmədov ədliyyə sistemindən də xaric olunub.

"Onu sərəncama götürməyiblər, ümumiyyətlə Ədliyyə sistemindən xaric ediblər", - deyə qeyd olunub.

Qeyd edək ki, Saleh Səmədovun digər oğlu Kamran Səmədov bir müddət əvvəl İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirmişdi.

Tarix
2025.10.27 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla