Yuxarı

Adnanın supermarketlər şəbəkəsi bağlanıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Adnanın supermarketlər şəbəkəsi bağlanıb?

16:11

Son günlər “Bolmart” mağazalar şəbəkəsi ilə bağlı sosial mediada və bəzi xəbər platformalarında yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, “Bolmart” mağazalar şəbəkəsi hazırda bütün filialları ilə normal şəkildə fəaliyyətini davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə “Bolmart” mağazalar şəbəkəsinin rəhbərliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, yalnız Səməd Vurğun 60 ünvanında yerləşən mağaza müəyyən texniki və təşkilati səbəblərdən dolayı fəaliyyətini müvəqqəti dayandırıb və mağazada işlərin bərpası üçün danışıqlar aparılır.

“Eyni zamanda “Bolmart” mağazalar şəbəkəsinin heç bir filialında hər hansı rəsmi dövlət qurumu tərəfindən yoxlama və ya araşdırma aparılmayıb. Bununla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Məsələ ilə bağlı bütün suallara aydınlıq gətirmək məqsədilə sabah keçiriləcək mətbuat konfransında ətraflı məlumat təqdim ediləcək.

“Bolmart” mağazalar şəbəkəsi olaraq müştərilərimizin etimadını yüksək qiymətləndirir və keyfiyyətli xidmət prinsiplərinə sadiq qalaraq fəaliyyətimizi davam etdiririk”, - deyə bildirilib.

Qeyd edək ki, “Bolmart” supermarketlər şəbəkəsinin Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə aid olduğu iddia edilir.

Tarix
2025.10.28 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla