Yuxarı

Partlayışda yaralananlardan biri Bakıya gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan "Araz" zavodunda yaralanan şəxslərdən biri Bakıya gətirilib.

Bu barədə Report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, yaralı Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib: "Hazırda Şirvan Mərkəzi Şəhər Xəstəxanasında 7 nəfər yaralı var. Onlardan 3-ü yaxın saatlarda evə buraxılacaq. İki nəfərin isə bu axşam evə buraxılması gözlənilir".

Xatırladaq ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən "Araz" zavodunun utilizasiya sahəsində partlayış baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 24 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə yerləşdirilib.Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılıb, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir.

Zavodun iki əməkdaşı - Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı dünyasını dəyişib.

Tarix
2016.07.27 / 10:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla