Yuxarı

Mehdiyevə bağlı bu müəssisə çökdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevə bağlı bu müəssisə çökdü

Bakıda fəaliyyət göstərən “German Hospital” yaxın günlərdə fəaliyyətini dayandıracaq.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, klinika sabiq Prezident Administrasiyasının rəhbəri, hazırda dövlət çevrilişinə cəhd və vətənə xəyanət ittihamları ilə istintaqa cəlb olunan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsusdur.

Məlumata görə, son aylar hospitalın fəaliyyəti ciddi şəkildə zəifləyib. Bəzi həkimlər və əməkdaşlar işdən çıxarılıb, bir neçə şöbə isə faktiki olaraq xidmət göstərmir.

Qeyd olunur ki, klinikanın adı son vaxtlar istintaqla əlaqədar materiallarda da hallanıb.

İlham Əliyevin biznes fəaliyyətinin araşdırıldığı, onunla bağlı maliyyə əməliyyatlarının yoxlanıldığı iddia edilir.

Bütün bunların fonunda “German Hospital”ın bağlanması qərarının siyasi və iqtisadi səbəblərlə bağlı olduğu ehtimal edilir.

Hospitalın rəsmi saytında (germanhospital.az) və sosial şəbəkə səhifələrində bağlanma ilə bağlı heç bir məlumat yerləşdirilməyib. Lakin artıq bəzi əlaqə nömrələrinin cavab vermədiyi, həkimlərin başqa klinikalara keçdiyi bildirilir.

Xatırladaq ki, “German Hospital” 2010-cu illərdə Bakı şəhərində fəaliyyətə başlayıb.

Klinika doğum, cərrahiyyə, LOR, qastroenterologiya və plastik-estetik xidmətlər üzrə tanınırdı.

İlham Əliyev uzun illər Azərbaycanda səhiyyə və tikinti biznesi ilə məşğul olmuşdu.

Onun adı həm də bir sıra kommersiya layihələrində, o cümlədən “German Hospital”ın təsis sənədlərində keçir.

Tarix
2025.10.30 / 10:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla