Yuxarı

Azərbaycanlı tələbə ilkə imza atdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı tələbə ilkə imza atdı - Foto

Avstraliya Milli Universitetinin professor-tələbə heyətindən ibarət qrup İndoneziyanın Bali adasında üç ay davam edən elmi tədqiqatda iştirak edib.

Axar.az xəbər verir ki, həmin proqram Avstraliya hökumətinin İndoneziyaya göstərdiyi elmi araşdırma yardımı çərçivəsində həyata keçirilib.

Layihə çərçivəsində yerli əhali arasında elmi-sosial sorğular keçirilib. Bu sorğular əsasında insanların əsas problemlərinin sağlamlıq, yerli təhlükəsizlik, işıq və su ilə əlaqəli olduğu müəyyənləşdirilib.

Professor-tələbə heyəti Bali və Sumba adalarında mövcud olan problemləri, iqtisadi çətinlikləri müəyyənləşdirərək hesabat şəklində müvafiq dövlət qurumlarına təqdim edib.

Həmin problemlərin həlli üçün ümumi müzakirələr aparılıb və rəhbərlik tərəfindən ortaq razılaşma qəbul edilib.

Görülən işlər barədə ümumi hesabat Avstraliya və İndoneziya hökumətlərinə təqdim olunub.

Tədqiqatçı qrupun tərkibində ilk dəfə azərbaycanlı antropoloq tələbə İlkin Əliyev də iştirak edib.

Həmyerlimiz Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Avstraliya Milli Universitetində antropologiya ixtisası üzrə magistr təhsili alır.

Tarix
2016.07.27 / 18:37
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla