Yuxarı

Daha bir avtobusla bağlı şikayət - Yenə interval…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir avtobusla bağlı şikayət - Yenə interval…

Bir neçə gündür Bakı Beynəlxalq Avtovağzal – Masazır qəsəbəsi istiqamətində hərəkət edən 569 saylı marşrut avtobuslarının intervalının 30 dəqiqəyə qədər artdığı və sıxlıq olması ilə bağlı şikayətlər yayılır.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Axar.az-a verilən məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksini Masazır qəsəbəsi ilə əlaqələndirən 569 saylı marşrutda 12 avtobus 8 dəqiqə intervalla hərəkət edir.

“Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir. Daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı tapşırıq verilib”, - açıqlamada bildirilib.

Xatırladaq ki, bir müddət öncə 88 nömrəli marşrut avtobuslarının intervalının 30-40 dəqiqəyə qədər artdığı ilə bağlı şikayətlər yayılmışdı.

Tarix
2025.10.31 / 17:54
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla