Yuxarı

Dəhşətli qəzada ölən yeniyetmənin yaxınları danışdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli qəzada ölən yeniyetmənin yaxınları danışdı - Video

Göygöldə iki nəfərin həlak olduğu yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Axar.az xəbər verir ki, qəzada həlak olan 16 yaşlı İspi Əliyevin yaxınları Baku TV-yə danışıblar.

"16 yaşı var idi. Evdə oturmuşdu, dostları zəng edib çağırdılar. Çıxıb getdilər, geri qayıtmadılar. Üçü sinif yoldaşı olub, biri də dostu. Azyaşlı uşağa maşın verilməməlidir. Ən böyük təqsir uşağa maşını verən atadadır", - İspi Alıyevin atası bildirib.

"Nəvəm 11-ci sinifdə oxuyurdu, arzusu var idi. İdman Akademiyasında oxumaq istəyirdi. Nə idi bizim günahımız? Nə idi o körpələrin günahı? Niyə yazıq etdilər bizi?", - mərhumun nənəsi deyib.

"16 yaşında uşaq, ata-anasının gözünün ağı-qarası. Niyə onun qanı o düzlərlə bir olurdu? Niyə o parça-tikə olurdu? Mən bu gün gedib baxmışam, ət parçası o düzlərə dağılıb. Niyə? Xahiş edirəm, ananızı gözü yaşlı qoymayın",- mərhumun xalası vurğulayıb.

Qeyd edək ki, Göygöldə baş verən ağır qəzada 27 yaşlı sürücü Elvin Məmmədov və 16 yaşlı sərnişin İspi Alıyev hadisə yerində həlak olublar. Maşında olan digər iki nəfər - 17 yaşlı Sənan Əsgərov və 16 yaşlı Tunar Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2025.11.04 / 21:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla