Yuxarı

Mal bazarlarının fəaliyyəti bərpa edilir? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mal bazarlarının fəaliyyəti bərpa edilir? – Video

Oktyabrın 25-dən mal bazarlarının fəaliyyətinə tətbiq edilən məhdudiyyətlərin yaxın vaxtlarda, bəzi yerlərdə bu həftəsonu aradan qaldırılacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə heyvan alveri ilə məşğul olan şəxslər Oxu.az-a məlumat veriblər.

Bildirilib ki, artıq dabaq xəstəliyi ilə bağlı təhlükə sovuşduğundan bazarların fəaliyyəti bərpa olunacaq.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən açıqlamada bu həftəsonu heyvan bazarlarının açılacağı təsdiq olunmasa da, bu istiqamətdə hazırlıq işlərinin görüldüyü vurğulanıb:

"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan bazarlarında aparılan monitorinqlər çərçivəsində diri heyvan bazarlarında mövcud infrastrukturun vəziyyəti qiymətləndirilib və sanitar-gigiyenik şəraitin yaxşılaşdırılması ilə bağlı bazar rəhbərliyinə müvafiq tapşırıqlar verilib. Hazırda bazar rəhbərlikləri Agentliyin təqdim etdiyi eskiz layihələr əsasında yenidənqurma işlərini həyata keçirir.

Bir sıra bazarlarda, o cümlədən Bərdədə yerləşən heyvan bazarının giriş-çıxış hissələrində dezobaryerlər quraşdırılır, xəstə heyvanların sağlam heyvanlardan ayrılması məqsədilə xüsusi izolyator sahəsi hazırlanır. Ərazidə asfaltlanma işləri aparılır, heyvanların yemlənməsi üçün yem anbarı tikilir. Bununla yanaşı, üstübağlı saxlanma sahələri yaradılır, yaşıllaşdırma işləri görülür. Həmçinin, ictimai iaşə obyektləri bazar ərazisindən kənarlaşdırılır.

Agentliyin regional bölmələri tərəfindən görülən işlərə nəzarət olunur və prosesin sürətləndirilməsi məqsədilə sahibkarlara metodiki dəstək göstərilir.

Qeyd edək ki, heyvan bazarlarının fəaliyyəti epizootoloji stabilliyin qorunması məqsədilə müvəqqəti məhdudlaşdırılıb. Baytarlıq-sanitariya tələblərinə tam uyğunlaşdırıldıqdan sonra bazarların fəaliyyətinə yenidən icazə veriləcək".

Heyvan bazarlarında görülən işlərlə bağlı videogörüntüləri təqdim edirik:

Tarix
2025.11.12 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla