Yuxarı

Bərdədəki qəzada ölənlərin kimliyi bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərdədəki qəzada ölənlərin kimliyi bəlli oldu

18:17

Bərdədə 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Qılınclı kəndi ərazisində baş verib. Yoldan çıxan avtomobil su kanalına düşüb.

Hadisə yerində olan şahidlərin verdiyi xəbərə görə, avtomobildə olan 4 nəfərdən 3-ü elə hadisə yerində boğularaq ölüb.

***

Bərdədə yol-nəqliyyat hadisəsi nəticəsində ölən 3 nəfər və xəsarət alan 1 nəfərin kimliyi məlum olub.

Məlumata görə, Bərdə rayon Hızırı kənd sakini 1961-ci il təvəllüdlü Kərimov Yəhya İsgəndər oğlunun idarə etdiyi "99 HM 703" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil su kanalına düşüb.

Nəticədə, sürücünün özü və sərnişinləri – 1984-cü il təvəllüdlü Yusifli Bəxtiyar Ədalət oğlu və 1952-ci il təvəllüdlü Məmmədov Dilgəm Məhəmməd oğlu hadisə yerində ölüb.

Sərnişinlərdən Hüseynov Sahib Adil oğlu müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2016.07.30 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla