Yuxarı

Əli Nağıyev Xankəndidə mühüm tədbirdə iştirak etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Nağıyev Xankəndidə mühüm tədbirdə iştirak etdi - Foto

Xankəndi şəhərində "Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu" mövzusunda noyabtrın 14-də Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Bildirilib ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət rəhbərləri, həmçinin fəxri qonaq qismində Macarıstandan olan nümayəndə iştirak edib.

Tədbiri açıq elan edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirdikdən sonra plenar iclasın mövzusu ilə bağlı geniş nitqlə çıxış edib. Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində yerləşdiyini qeyd edən Xidmət rəisi bildirib ki, həmin nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir.

General-polkovnik Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan qorunmasında xüsusi xidmət orqanlarının oynadığı roldan da ətraflı söhbət açıb.

Vurğulanıb ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneə törətməyə çalışır və bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.

Daha sonra tədbir digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam etmiş, sonda plenar iclasın yekun sənədi imzalanıb.

Tarix
2025.11.14 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla