Yuxarı

Gürcüstan Azərbaycan TIR-larını gömrükdən buraxmır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan Azərbaycan TIR-larını gömrükdən buraxmır - Foto

Batumidə və Tiflisdə gömrük-keçid məntəqələrində 20 gündən artıqdır ki, Azərbaycan yük maşınları saxlanılır.

Axar.az xəbər verir ki, TIR sürücülərindən biri Arslan Kərimov Report-a açıqlamasında problemin yalnız tütün yükləri olan maşınlarda yarandığını, digərlərinin isə sərbəst buraxıldığını deyib.

"Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçirlər. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi", - sürücü vurğulayıb.

A.Kərimovun sözlərinə görə, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılırlar.

O qeyd edib ki, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.

Azərbaycanın Batumidə Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.

Azərbaycanın Gürcüstandakı səfirliyindən isə məlumat verilib ki, onlara yazılı ərizə ilə müraciət ediblər və onlar da bu işlə məşğuldurlar.

Tarix
2025.11.25 / 17:27
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla