Yuxarı

Ermənini qucaqlayan Samirəyə iki ziyalının iki mövqeyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənini qucaqlayan Samirəyə iki ziyalının iki mövqeyi

Xəbər verdiyimiz kimi, Astanada keçirilən “Silk Way Star” beynəlxalq musiqi müsabiqəsinin final mərhələsində Azərbaycanı təmsil edən münsif Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 bal verib, sonra da qucaqlayıb. Bu isə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas Samirə Əfəndinin səhvə yol verdiyini deyib.

“Ona yüksək bal verdikdən sonra erməni müğənnini qucaqlamalı deyildi. Etdiyi səhvdir və etməməli idi. Ancaq bunun uzun müddət müzakirə edilməsinə də ehtiyac yoxdur”, - o bildirib.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri Aydın Xan Əbilovun fikrincə isə Samirə Əfəndinin həmin jestini qəbul etməliyik:

“30 ildən çox davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan sülh müqaviləsini bağlamaq ərəfəsindədir. Bu zaman dövlət rəhbərləri, siyasi-ictimai xadimlərlə yanaşı, ictimaiyyət nümayəndələri də xalq diplomatiyası formasından istifadə edib, xalqlar arasında olan qanlı münaqişəni unutdurmağa çalışmaldırlar.

Bəli, bütün yaşanan hadisələr bizim tariximizdir, ağrılarımız var. İşğalçı tərəf Ermənistandır, ancaq qarşı tərəf də artıq bunu anlayıb və münaqişənin həlli üçün addımlar atır. Samirə Əfəndinin erməni mədəniyyət işçisini qucaqlaması, ola bilər ki, bizim üçün qəbul edilməyəcək davranışdır. Ancaq bu bir jestdir və bunun üçün Samirə Əfəndinin qınaq obyektinə çevrilməsinə ehtiyac yoxdur.

Müharibə bizim hər birimizə təsir edib, amma hər addımın bizə nə verdiyini düşünməliyik. İstənilən halda müharibənin sonu sülhlə yekunlaşırsa, hər iki xalqın nümayəndələri, ictimai xadimlər də buna öz töhfələrini verməlidirlər”.

Tarix
2025.11.26 / 07:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla