Yuxarı

Sürücülərin diqqətinə: Bu yolda radar quraşdırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərin diqqətinə: Bu yolda radar quraşdırıldı

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları cari ilin yanvar ayında quraşdırılmışdı. Radarlar və xüsusi texniki vasitələrin quraşdırılmasına isə ötən həftədən başlanılıb. Quraşdırılan texniki vasitələr hazırda test rejimində işləyir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov bildirib ki, yolda radar və müşahidə kameralarının quraşdırılması işləri bir ay ərzində yekunlaşacaq. Proses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.

Mirqiyas Kazımovun sözlərinə görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.

Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.

Tarix
2025.11.29 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

Herisçi Təbrizdən qayıtdı və danışdı – Video

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

İran rəhbərliyində növbəti qurban: İsrailin planı budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla