Yuxarı

Ölkəyə "halal" adı ilə donuz əti konservi gətirilib? - AQTA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəyə "halal" adı ilə donuz əti konservi gətirilib? - AQTA

13:20

Rusiya istehsalı olan və müsəlman ölkələrinə ixrac edilən bəzi konserv məhsullarında donuz ətinə aid DNT izləri aşkarlanıb. Halal olaraq təqdim edilən bu məhsulların bir qisminin Azərbaycana da gətirildiyi bildirilir.

Axar.az xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.

Məlumata görə, söhbət 500 qramlıq “Semeyniy büdjet” markası altında satılan və üzərində “Mal əti tşonka” kimi qeyd olunan konservlərdən gedir. Aparılan laborator müayinələr zamanı məhsulun tərkibində donuz ətinə aid DNT-nin olduğu müəyyən edilib ki, bu da onun halal standartlarına uyğun olmadığını göstərir.

Nəşr qeyd edir ki, konservlərin istehsalçısı Rusiya Federasiyasının Orlov vilayətində fəaliyyət göstərən “Qlavprodukt” müəssisəsidir. Qeyd edək ki, sözügedən müəssisə bu ilin yayında milliləşdirilərək Rusiyanın keçmiş kənd təsərrüfatı naziri ilə əlaqəli strukturların nəzarətinə keçib.

Bu məhsulların Rusiya ordusuna da göndərildiyi, o cümlədən Orexovo-Zuyevo şəhərində yerləşən 81521 saylı hərbi hissənin şəxsi heyəti tərəfindən istifadə edildiyi vurğulanır. Eyni zamanda konservlərin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə - Tacikistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycana ixrac olunduğu bildirilir.

***

Mövzu ilə bağlı AQTA-nın mətbuat xidməti İlkin Kərimli saytımıza açıqlamasında bildirib ki, sözügedən məsələ nəzarətə götürülüb və araşdırma aparılıb:

“Bildiririk ki, Rusiyanın ‘Oryolprodukt’ ASC-nin mediada qeyd olunan istehsal tarixli mal əti konservi məhsul partiyası ölkəmizə idxal olunmayıb”.

Tarix
2025.12.03 / 20:52
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla