Yuxarı

Prezident fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci, 5.2.15-ci, 5.2.17-ci, 6.3-cü, 8.2.2-ci, 8.8-ci maddələrində, 8.9-cu maddəsinin birinci və ikinci cümlələrində, 10.2-ci maddəsində, 12.3-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 12.4-cü, 13.2-ci, 16.1-ci, 16.2-ci, 16.4-cü (hər iki halda) və 18.1-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 12.3-cü maddəsinin birinci cümləsində (birinci halda) və 18.1-ci maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 8.8-ci maddəsində “orqan (qurum)” dedikdə “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminin (bundan sonra – Sistem) sahibinin və operatorunun müəyyən edilməsinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, Sistemin əsasnaməsinin, həmçinin Sistemin formalaşdırılması, aparılması və istifadəsi qaydalarının müəyyən edilməsinə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Qanunun 16.4-cü maddəsində ikinci halda nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.5. həmin Qanunun 1.1.5-ci, 5.2.15-ci, 8.2.2-ci və 13.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.6. həmin Qanunun 5.2.17-ci maddəsində və 8.9-cu maddəsinin ikinci cümləsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Hökumət İnformasiya Sisteminin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” altsistemi nəzərdə tutulur;

1.7. həmin Qanunun 8.9-cu maddəsinin birinci cümləsində və 16.4-cü maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.8. həmin Qanunun 12.3-cü maddəsinin birinci (ikinci halda) və ikinci cümlələrində “orqan (qurum)” dedikdə “ASAN xidmət” mərkəzlərinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, kiçik və orta biznes evlərinə münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.9. həmin Qanunun 12.4-cü, 16.1-ci, 16.2-ci və 18.1-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur.

2. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.8-ci maddəsinə uyğun olaraq, Sistemin sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. aşağıdakılar barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.1.1. altı ay müddətində:

3.1.1.1. “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsi;

3.1.1.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının həmin Qanuna uyğunlaşdırılması;

3.1.1.3. dövlət orqanı olan xidmət təminatçıları tərəfindən dövlət orqanlarına və digər büdcə təşkilatlarına göstərilən dövlət xidmətlərinin ödənişsiz əsaslarla təşkili mexanizmlərinin müəyyən edilməsi məqsədilə aparılmış təhlil nəticələri və beynəlxalq təcrübə nəzərə alınmaqla bu sahədə tənzimləmənin təkmilləşdirilməsi;

3.1.2. iki ay müddətində həmin Qanunun 6.3-cü və 10.2-ci maddələrində nəzərdə tutulmuş “orqan (qurum)”;

3.2. üç ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.2.1. həmin Qanunun 1.1.5-ci maddəsinə uyğun olaraq, dövlət xidmətinin reqlamentinin nümunəvi formasını;

3.2.2. həmin Qanunun 5.2.15-ci və 8.2.2-ci maddələrinə uyğun olaraq, dövlət xidmətləri barədə “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminə daxil ediləcək məlumatların siyahısını;

3.2.3. həmin Qanunun 8.8-ci maddəsinə uyğun olaraq, “Dövlət Xidmətlərinin Elektron Reyestri” informasiya sisteminin əsasnaməsini;

3.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Tarix
2025.12.03 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Yekaterinburqda saxlanılan azərbaycanlı həbs edildi

Ağır il gəlir: Bakı ilə bir millimetrlik etimad...

Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?

Yanacaq bahalaşacaq, yoxsa ucuzlaşacaq?

Ceyhun Bayramov Avstriyaya getdi

AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla