Yuxarı

Elektron siqaretdən istifadə edənlərin diqqətinə! - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elektron siqaretdən istifadə edənlərin diqqətinə! - Video

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq elektron siqaret istifadəsi ilə bağlı qlobal hesabat yayıb. Hesabata görə, hazırda dünyada 100 milyondan çox insan veypdən (elektron siqaret) istifadə edir və onların ən azı 15 milyonu 13–15 yaşlı yeniyetmədir. Mövcud məlumatlar göstərir ki, yeniyetmələr arasında veyp istifadəsi yetkinlərə nisbətən təxminən 9 dəfə yüksəkdir.

Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Elektron siqaretlər ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilsə də, xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadları, marketinq strategiyaları və sosial mediada geniş reklam bu məhsulları gənclər üçün daha cazibədar edir. Əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən şəxslər olsa da, son illərin statistikaları göstərir ki, veyp istifadəsi əvvəllər siqaret çəkməyən yeniyetmələr və gənclər arasında sürətlə yayılır.

Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və xoşqoxulu aerozolları onların qapalı məkanlarda istifadəsini asanlaşdırır. Bu xüsusiyyətlər veyplərin nəqliyyat vasitələrində, restoranlarda və digər ictimai yerlərdə rahat istifadə olunmasına səbəb olur və passiv şəkildə təsirə məruz qalma ehtimalını artırır.

ÜST hesabatında, eyni zamanda, ölkələrə çağırış edərək bildirir ki, yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının istifadəsini yaxından izləsin, yeni məhsulların yayılmasına qarşı isə təsirli tənzimləyici və maarifləndirici tədbirlər həyata keçirsin.

Tarix
2025.12.03 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla