Yuxarı

Komitə sədri Lökbatandakı yanğının səbəbini açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə sədri Lökbatandakı yanğının səbəbini açıqladı

Yanğın mətbəxdə olan aspiratordan baş verib.

Axar.az xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Lökbatanda 4 nəfərin ölümü ilə nəticələnən yaşayış binasında baş verən yanğın yerində danışarkən deyib.

"Hadisə yerinə həkim briqadaları gəlib, hər kəs öz işini lazımi qaydada edib. Bundan sonra nə lazımdırsa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi edəcək. Qaradağ rayonunun rəhbərliyi və hüquq mühafizə orqanları burdadır. Bütün məsələlər diqqətdə saxlanacaq və addımlar atılacaq. Əlimizdən gələni edəcəyik.Çox təəssüf həm körpə həm də yaşlı insanlar həyatını itiriblər.

Qeyd edək ki, yanğın zamanı ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb, hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər - Zülfiyyə Yusifova (1998), onun iki azyaşlı övladı Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və qonşu mənzildə yaşayan Yusif Hüseynov (1953) boğularaq ölüb.

Yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.

Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub, 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir, bir nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.

Tarix
2025.12.05 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla