Yuxarı

Zamiq Xankişiyevin məhkəməsi başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zamiq Xankişiyevin məhkəməsi başladı

Azərbaycanda dələduzluqda ittiham olunan biznesmen Zamiq Xankişiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, o, 1992-ci ildə İmişli rayonunda anadan olub, İqtisad Universitetini bitirib, fərdi sahibkarlıqla məşğul olur.

Hakim ona hüquq və vəzifələrini izah edib. Prsesdə zərərçəkmişlərdən Fərrux Ələkbərov və Pərviz Səlimovun iştirak etdiyi məlum olub.

Zərərçəkmiş Pərviz Səlimov hazırlıq iclasının təxirə salınmasını xahiş edib, deyib ki, vəkili iclasda iştirak etmir. Eyni zamanda bildirib ki, vəkili ilə hələ müqavilə bağlamayıb.

Dövlət ittihamçısı Tural Yaqubov da işlə tanış olması üçün məhkəmənin hazırlıq iclasının təxirə salınmasını istəyib.

Hakim həm zərərçəkmişin, həm də dövlət ittihamçısının vəsatətini təmin edib, hazırlıq iclasının davamı dekabrın 19-dək təxirə salınıb.

Qeyd edək ki, Zamiq Xankişiyev 3 nəfərin 500 min manatdan artıq pulunu ələ keçirməkdə ittiham olunur. Şirkət rəhbəri zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən tutulub.

Zamiq Xankişiyev əvvəl həbs edilsə də, sonradan ziyanın bir hissəsini ödədiyi üçün barəsində "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Zamiq Xankişiyev Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin oğludur. Fəyyaz Xankişiyev keçmiş nəqliyyat naziri Ziya Məmmədovun tələbə yoldaşı olub.

F.Xankişiyev 2014-cü ildə elə qrup yoldaşı Z.Məmmədov tərəfindən işdə yol verdiyi ciddi nöqsanlara və quruma vurduğu maddi ziyana görə vəzifəsindən azad edilib.

Hazırda dələduzluqda ittiham olunan oğul Xankişiyev bahalı həyat tərzi ilə gündəmdə olub. O, "Bentley" markalı 10-PP-555 nömrə nişanlı və seriya nömrəsinin sonu 400-lə bitən bir neçə lüks avtomobilin sahibidir. Müxtəlif vaxtlarda avtomobil kolleksiyasını sosial şəbəkələrdə nümayiş etdirib.

Təqsirləndirilən Zamiq Xankişiyevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Tarix
2025.12.12 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

Tokayev: Bakı və İrəvan arasında sülh...

Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycan və Ermənistan nümayəndələri “Zod”da

Baş nazir Aşqabadda mühüm forumda iştirak edir

İrəvanın AB ilə sazişi - Yenə Bakıya qarşı oyun qurulur

Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto

Heydər Əliyevin vəfatından 22 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla