Yuxarı

Marketlərdə “çəkiliş qadağası” qanunidir? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marketlərdə “çəkiliş qadağası” qanunidir? - Ekspert

Azərbaycan qanunvericiliyində iaşə və ticarət obyektlərində çəkiliş aparılmasını qadağan edən hər hansı norma mövcud deyil. İctimaiyyət üçün açıq olan market və mağazalarda məhsulların çəkilişi istehlakçı hüquqlarının tərkib hissəsi sayılır. Mağazalar mülkiyyət formasından asılı olmayaraq, cəmiyyətə xidmət göstərən iaşə obyektləridir və bu obyektlər qadağan olunmuş məkan hesab edilə bilməz. İnsanların sərbəst daxil olub alış-veriş etdiyi bir məkanda çəkilişin qadağan edilməsi qanunla nəzərdə tutulmayıb.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Xəyal Bəşirov mağazalarda çəkiliş qadağası ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, xüsusi mülkiyyət olan və yalnız sahibinin icazəsi ilə giriş mümkün olan obyektlər – məsələn, şəxsi ev və ya mənzil – ilə ictimaiyyətə açıq iaşə obyektlərini eyniləşdirmək düzgün deyil:

“Mağazalarda aparılan çəkiliş şəxsi həyatın toxunulmazlığı ilə bağlı deyil və burada mağaza sahibinin, icarədarın və ya işçilərin şəxsi görüntülərindən deyil, satışda olan məhsullardan söhbət gedir. Bu isə birbaşa istehlakçı hüquqları ilə əlaqəlidir və qadağan olunan hal sayılmır.

Girişdə “Çəkiliş qadağandır” yazısının yerləşdirilməsi əsasən obyekt sahiblərinin mümkün pozuntuların üzə çıxmasının qarşısını almaq niyyətindən irəli gəlir. Əgər mağaza qanunauyğun fəaliyyət göstərirsə, vaxtı keçmiş və ya satışı qadağan edilmiş məhsullar yoxdursa, çəkiliş niyə qadağan edilsin?”

Tarix
2025.12.18 / 08:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla