Yuxarı

Azərbaycanın ən qoca nənəsi Naxçıvandadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın ən qoca nənəsi Naxçıvandadır

Azərbaycanın ən qocaman sakini Naxçıvanın Şərur rayonu Kürçülü kənd sakini Qönçə Hümbətovadır.

Axar.az xəbər verir ki, bu barədə "Şərq qapısı" qəzeti xəbər verir.

"118 yaşlı bu nənə muxtar respublikamızın ən yaşlı sakinidir. Q.Hümbətova 1898-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Qədirli kəndində anadan olub.

1905-ci ildə ermənilərin Qədirli kəndini talan etməsindən sonra o, anası ilə birlikdə Naxçıvana gələrək burada məskunlaşır. Doğulduğu gündən bəri çətin şəraitdə yaşayan bu qadın haradan biləydi ki, hələ qarşıda bundan da əzablı günlər onun yol-yoldaşı olacaq. O, 9 yaşında ikən anasını itirir.

Kənddə xeyirxah insanlar kimi tanınan Mahmud kişi və Şəkər arvad onu öz himayələrinə götürür, övladları kimi qoruyub nəvaziş göstərirlər. 40-cı illərdə Qönçə Hümbətovanın ailəsi Qazaxıstana sürgün edilir.

Üç il burada sürgün olduqları müddətdə çox çətin, hətta səfil vəziyyətdə yaşayan ailənin 4 üzvü acından ölür – ailə başçısı və 3 oğlan övladı.

Qönçə nənənin tək bir oğul övladı həyatda qalsa da, Tanrı ona çox böyük bir ailə – 4 nəvə, 8 nəticə və 16 kötücə nəsib edib. Hazırda 118 yaşın özünü göstərdiyi, nəvazişə ehtiyacı olan bu qadın həmin mehriban ailənin qayğısı ilə əhatələnib", - deyə qəzet yazır.

Tarix
2016.08.09 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla