Yuxarı

Baş nazir tapşırıq verdi: Dənizkənarı bulvar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir tapşırıq verdi: Dənizkənarı bulvar...

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində "Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.

Axar.az xəbər verir ki, Baş nazir çıxışında Xəzər dənizinin Azərbaycanda mənsub bölməsindəki neft-qaz yataqlarında Sovetlər İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv edilmiş və ya konservasiya olunmuş neft quyularının, estakadaların, yanalma körpülərinin, platformaların köhnəlməsi, korroziyaya uğraması və hidrometeoroloji amillərin təsiri səbəbindən qəzalı vəziyyətə düşməsi nəticəsində yaranmış problemlər dənizin ekoloji vəziyyətinə neqativ təsir göstərdiyini, eyni zamanda uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında (Dənizkənarı bulvarın) da çirklənmənin dərinləşdiyini və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yarandığını bildirib.

Kompleks Tədbirlər Planı ilə bağlı Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadənin təqdimatla çıxışı və Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun məruzələri dinlənilib.

Eyni zamanda, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələləri ilə bağlı Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarovun və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun məruzələri və digər çıxışlar dinlənilib.

Hər iki məsələ ətrafında müzakirələr aparılaraq aidiyyəti dövlət qurumlarına Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verilib.

Həmçinin Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verilib.

Tarix
2026.01.27 / 18:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Azərbaycana səfəri: Ermənistanla sülh, Zəngəzur dəhlizi...

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı

Hacıyev Şəki barədə hazırlanan filmi paylaşdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla