Yuxarı

Sabirabadda qarpız festivalı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabirabadda qarpız festivalı - Foto

Avqustun 19-da Sabirabad şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan istirahət parkında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Sabirabad Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə qarpız festivalı keçirilib.

Axar.az xəbər verir ki, Bakıdan və ətraf rayonlardan gələn qonaqların və yüzlərlə sabirabadlının iştirak etdiyi festivalda qarpız üzərində bədii oyma sənəti nümunələri, qarpızdan hazırlanmış 20 növ təam (qarpız mürəbbəsi, qarpız kompotu, qarpız turşusu, qarpız şərbəti, qarpızdan hazırlanan tort, qarpız kababı, qurudulmuş qarpız tumlarından dəmlənmiş çay və s.) nümayiş etdirilib.

Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" adlı əsəri əsasında hazırlanmış səhnəcik, pəhlivanların başla qarpız sındırma rekordu (Həşimxanlı kənd klubunun pəhləvanları), qarpız tortunun kəsilməsi festival iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Axşam saatlarınadək davam edən qarpız festivalı iştirakçılara əyləncəli anlar, xoş təəssürat və müsbət emosiyalar bəxş edib.

Festival atəşfəşanlıqla başa çatıb.

Tarix
2016.08.20 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla