Yuxarı

Polis olmaq istəyən qadınların nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis olmaq istəyən qadınların nəzərinə!

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhərində yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə orta rəis heyəti üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edir.

Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, müsabiqədə Azərbaycanın dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirən, 20–30 yaş aralığında, boyu 160 sm-dən yuxarı olan, özü və yaxın qohumlarının məhkumluğu olmayan, qadın cinsli Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.

Müsabiqə zamanı kompüterdə işləmək bacarığı olan, məsuliyyətli və diqqətli, ən azı bir xarici dili sərbəst bilən, həmçinin 3 illik pedaqoji təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İştirak etmək istəyən şəxslər fevralın 10-dan martın 10-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında - www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

Tarix
2026.02.09 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla