Yuxarı

Şad xəbər: Bu süni intellekt platforması...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şad xəbər: Bu süni intellekt platforması...

Quql şirkətinin süni intellekt platforması “Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır.

Axar.az xəbər verir ki, bu barədə Yutubun Orta Şərq və Şimali Afrika (MENA) regionu üzrə rəhbəri Cavid Aslanov məlumat paylaşıb.

Məlumata əsasən, Azərbaycan dilində təqdimat “Gemini 3” erasının – şirkətin indiyədək ən güclü və qabaqcıl süni intellekt nəslinin qlobal istifadəyə verilməsi ilə eyni vaxta təsadüf edir.

“Lokallaşdırılmış interfeys artıq veb versiyada aktivdir, həmçinin mobil cihazlarda (“Android” və “iOS”) tam dəstək və real vaxt rejimində danışıq imkanı yaradan “Gemini Live” funksiyası mövcuddur.

Cavid Aslanov bildirib ki, istifadəçilər üçün “Nano Banana” və “Veo” kimi yaradıcı alətlər də təqdim edilir. Bununla yanaşı, məhsuldarlıq və təhsil istiqamətində üç yeni funksiya Azərbaycan dilində istifadəyə verilib.

“Canvas” istifadəçilərə yazı və proqramlaşdırma üçün xüsusi iş mühiti təqdim edərək mürəkkəb layihələr üzərində “Gemini” ilə paralel işləməyə imkan yaradır. “Deep Research” müxtəlif mənbələrdən məlumatları təhlil və sintez edərək geniş hesabatlar hazırlayır. “Guided Learning” isə sistemi fərdiləşdirilmiş müəllim formatına çevirərək mövzuların addım-addım izahı və interaktiv testlər vasitəsilə öyrənilməsini təmin edir.

“Bu yenilik Azərbaycan dilində rəqəmsal ekosistemin genişlənməsinə və süni intellekt alətlərinin daha əlçatan olmasına töhfə verəcək”, - deyə Cavid Aslanov vurğulayıb.

Tarix
2026.02.12 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla