Yuxarı

Gənc qadın 5-ci mərtəbədən yıxılan uşağı tutdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün günorta saatlarında Sumqayıt şəhərində qəribə hadisə baş verib. Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən az yaşlı uşağın yıxıldığını görüb və özünü itirmədən onu göydə tutmağa müvəffəq olub.

Hadisəni Lent.az-a danışan Ç.Cahangirova deyib ki, uşaq eyvandan yıxılarkən valideyni evdə yox imiş: " Biz bildiyimizə görə, valideyn həmin an evdə yox idi. Elə işdən çıxarkən həmin binanın yanından keçirdim. Gördüm ki, binanın 5-ci mərtəbəsində bir uşaq həyəcanla " Ana! Ana!" deyə qışqırır. Diqqətimi çəkdi. Uşağın yıxılacağını təxmin etdiyim üçün yolu keçib eyvanın düz altında dayandım. Ətrafdakılar, valideynlərini səslədim ki, kimsə köməyə gələ. Uşaq əvvəlcə eyvanlarının küncündən sallanmışdı, sonra yıxılaraq 4-cü mərtəbənin ipindən tutdu. Həmin an valideyn eyvana çıxdı. Qollarımı açıb uşağı tutmaq üçün dayandım. Çox şükür ki, tuta bildim. Hər ikimiz də yerə yıxıldıq, amma heç birimiz xəsarət almamışıq".

Qeyd edək ki, Təcili Tibbi Yardım əməkdaşının xilas etdiyi uşaq 4 yaşlı Cavid olub.

Tarix
2016.08.25 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla