Yuxarı

Sərxoş sürücü polisləri aldatmaq istədi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı sakini sərxoş halda 102 qaynar xəttinə zəng edərək polis əməkdaşlarına səhv məlumat verib.

Axar.az Region TV-yə istinadən xəbər verir ki, 35 yaşlı Raqib Həşimov sərxoş halda Şamaxıdan paytaxta üz tutub.

Burada da əlavə spirtli içki qəbul edən R.Həşimov 102 qaynar xəttinə zəng edərək polis əməkdaşlarını aldadıb. İçkili şəxs ona məxsus çantadan 5 ədəd mobil telefonun, sənədlərin və 1200 manat pulun oğurlandığını bildirib. Amma polis əməkdaşları aydınlaşdırıb ki, R.Həşimovun itirdiyi pul 1200 manat deyil, 5 ədəd 1 manatlıq və qəpiklər olub. Həmin məbləği isə digər əşyalarla birlikdə polis əməkdaşları elə Raqibin sərxoş olub yatdığı ağacın altından taparaq, özünə təhvil veriblər.

Saxlanılan R.Həşimov əməlindən peşman olduğunu bildirib.

Məlum olub ki, R.Həşimov bundan öncə də məhkumluq həyatı yaşayıb. Sərxoş sürücünün hərəkətlərinə isə hüquqi müstəvidə qiymət veriləcəyi bildirilir.

Tarix
2016.08.26 / 14:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla