Yuxarı

Kəlbəcərdə ilk kütləvi Novruz tədbiri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəlbəcərdə ilk kütləvi Novruz tədbiri keçirildi

İşğaldan azad edildikdən sonra Kəlbəcər rayonunda ilk dəfə sakinlərin iştirakı ilə Novruz bayramı tədbiri keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbir rayon ərazisində yaşayan ailələr və uşaqlar üçün bayram əhval-ruhiyyəsinin yaradılmasına, həmrəyliyin və birlik hissinin gücləndirilməsinə xidmət edib.

Tədbir torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Prezidentin Kəlbəcər rayonundakı xüsusi nümayəndəsi Bəşir Hacıyev bayram meydanında sakinləri salamlayaraq onları Novruz bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Şəhərin birinci yaşayış məhəlləsində böyük səməni ucaldılıb, bayram tonqalı qalanıb. Zurna, balaban və nağaranın sədaları altında keçirilən musiqi proqramında Fikrət Əmirov adına “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu “Uzundərə”, “Cəngi” və “Dağlı” rəqslərini təqdim edib. Meydanda uşaqlar yumurta döyüşdürərək Novruz adətlərini yaşadıblar. Kəlbəcər folklorunun ayrılmaz hissəsi olan “Maral oyunu” da şənliyə xüsusi rəng qatıb.

Dədə Qorqud obrazında çıxış edən ozan qopuz ifa edərək xeyir-dua verib, Kosa və Keçəlin məzəli səhnələri, Bahar qızının çıxışı isə uşaqlara unudulmaz anlar yaşadıb.

Tarix
2026.03.17 / 20:46
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla