Axar.az ATV.az-a istinadla məşhur görücü Vanqanın
maraqlı məsləhətlərindən bir neçəsini təqdim edir:
* Heç bir zaman sınıq ya çartlaq nimçədə ya fincanda çay
içməyin. Bunlar insana uğursuzluq gətirir. Çatlaq qab evdə neqativ
enerji yaradır. Ona görə də qabda hətta balaca bir çat yaranıbsa
belə, mütləq atmaq lazımdır. Bəzən "sevgilimin hədiyyəsidir, ata
bilmərəm" düşünüb yenə də sınıq fincanda çay içilir. Bu, sevgilin
ilə aranızda problemin artmasına səbəb olacaq.
* Evinizə heç vaxt pis adamın və pisliyin gəlməsini
istəmirsinizsə, daim yaxşılıqlarla rastlaşasınız deyə, qapının
içəri tərəfindən üstünə xaç formasında kəndəlaş (kol bitkisidir)
çubuğu bağlayın.
* Evdə uğurların bol olması üçün şüşə kasaya su töküb üstünə bu
sözləri oxuyub, üfləyin: "Qapımdan girən adamlar mənim köməkçim,
dostum olsun. Düşmənlərimə və mənə düşmən olmaq istəyənlərə
qapımdan içəri girmək qadağandır. Qapım nə qədər açılarsa, bir o
qədər xeyirə açılsın. Qapımdan həmişə içəri xeyir, bərəkət, sülh,
yaxşılıq gəlsin. Bədbəxtlik, pis niyyət, pis nəfs məndən uzaq
olsun". Sonra evin kandarından içəriyə bu suyu çiləyin.
* Səhər yuxudan ayılanda ayaqları yerə qoymadan əvvəl
çəkələklərinizi tapın, sağ ayağı geyinib, sonra sol ayağı
geyinin.
* Evinizin daim uğurlu olması üçün başqa dövlətlərin dəmir
(gümüşü rəngli) pullarını evdə saxlayın.
* Həyatınızda yeni, uğurlu xəttin yaranması üçün təzə ay çıxanda
evdə mebelin yerini dəyişdirin. Uğur sizi gözləməyə qoymayacaq.
* Öz xoşbəxtliyinizi itirmək istəmirsinizsə, heç vaxt son
tikənizi, hətta qurumuş olsa belə, saxlamayın. Stolun üstündəki
qırıntıları da atmayın. Onları quşlara tökün.
* Uğurlarınızdan danışarkən pis gözə, nəfsə gəlməmək üçün 3 dəfə
taxtaya tıqqıldadın və 3 dəfə sol çiyninizin üstündən kənara
tüpürün.
* Uğurun evdən getdiyini hiss edirsinizsə, evinizdəki bütün
pəncərələrin kənarına duz səpin. Uğur gələnə kimi silməyin. Duzu
yığışdırdıqda, əli duza vurmadan silib, bir paketə yığaraq evdən
uzaqda basdırmaq lazımdır.
* Sağ ayağınız harasa ilişərsə, xoş olmayan bir şeyə işarədir.
Bundan uzaq olmaq üçün ayağı 3 dəfə yerə vurub "mənə gələn bəd
hadisə torpağa çök, əl çək məndən" demək lazımdır. Yox əgər sol
ayağınız ilişibsə, yaxşı və xoş işin olacağından xəbər verir.
* Evdə güzgü sınıbsa, arzu olunmaz hadisə olmasın deyə, üzərinə
su səpin yığıb torpaqda basdırın.
* Güzgü asılmış otaqda kimsə illərlə xəstə yatıbsa, ya
dava-dalaş olubsa, yaxud xoşa gəlməz hadisə baş veribsə, güzgünü
kilsə suyu ilə silmək məsləhətdir.
* Çöldə əl açıb dilənən insanlara heç vaxt çörək və duz
aldığınız pulun qalığından verməyin, yoxsa siz də lüt-üryan
qalarsınız. Həmçinin pul qabındakı son qəpiyi heç kimə verməyin.
Yoxsa qəpiksiz qalarsınız.
* Təzə pul qabı aldıqda ilk olaraq ora bir müddət qızıl əşya
qoyun. O zaman əlinizə daim böyük pullar gələcək. Həmçinin nanə
yarpağı və darçın da pull qabının dolmasına işarədir.
* Pulun sizdən qaçmaması üçün pulu heç vaxt əlinizdə
bürmələməyin. Həmçinin pul yığdığınız qabı açıb pulları saymaq
məsləhət deyil.
* Yığılan pullar çantanızdadırsa, onları hələ xərcləmək fikriniz
yoxdursa, çantanı evdə yerə tullamayın.
* Xoşa gəlməyən şeylərdən uzaq
olmaq üçün bunları edin:
Rəngli parça götürün, içinə evdə artıq köhnə qırıntı şeylərini
yığın (köhnə düymə, qaşlar, qələm və.s). Bundan əlavə daş, qoza, ağac qırıntısı qabığı
yığın, harasa insan olmayan yerə gedin. Yığdıqlarınızı bir palçıq
olan yerə yarım metrlik dairə kimi düzün. Həmçinin parçanı və
içindəkiləri də bura düzün. Üzərinə torpaq səpin ki, bütün
çətinliklər, ağırlıqlar, uğursuzluqlar hamısı torpağın altında
qalsın.
* Yaxşı iş tapmaq üçün təzə ay çıxanda bir vərəqə hansı işi və
hansı məbləği istəyirsinizsə, yazın, sonra bu kağızı xırdalayın,
əzilmiş dəfnə yarpağı ilə qarışdırın, tavada, ya metal sinidə, ya
da palçıqdan hazırlanmış kasada yandırın. Bütün hamısı yanıb gül
olduqdan sonra bir pul götürün, içinə külləri töküb, büküb pul
qabında talisman kimi saxlayın.
* Əllə stolun üstündən çörək qırıntılarını təmizləməyin.
Həmçinin stolu kağızla silməyin. Bu yoxsulluğun əlamətidir. Yığılan
çörək qırıntılarını quşlara tökmək məsləhətlidir.
* Həmişə uğurlu şeylərlə qarşılaşmaq üçün özünüzlə parabüzən
böcəyinin təsvirini, ya onun parça üzərində işlənmiş (muncuqla
hörülmüş, saç sancağı və.s) saxlayın. Həmçinin parabüzənin şəkilini
işdə çay içdiyiniz fincana vurmaq məsləhətlidir.