Yuxarı

Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş

Hesablama Palatası Dövlət Statistika Komitəsində audit zamanı nöqsanlar aşkarlayıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilib.

Məlumata görə, audit Komitənin 31 dekabr 2024-cü il tarixinə konsolidə olunmuş maliyyə hesabatlarını əhatə edib. Audit nəticəsində hesabatlara şərti müsbət rəy verilib. Bildirilib ki, hesabatlar bəzi istisnalar nəzərə alınmaqla qurumun maliyyə vəziyyətini, maliyyə nəticələrini, xalis aktivlərdə dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini əsasən düzgün əks etdirir.

Audit zamanı əhəmiyyətlilik səviyyələri müəyyən edilib. Planlaşdırılan əhəmiyyətlilik 0,5%, prosedur əhəmiyyətliliyi 50%, cüzi məbləğlər üzrə əhəmiyyətlilik isə 3% qəbul olunub.

Hesablamalara əsasən, 2023-cü ildə Komitənin xərcləri 36 650 372 manat təşkil edib. Bu məbləğ üzrə planlaşdırılan əhəmiyyətlilik 183 252 manat, prosedur əhəmiyyətliliyi 91 626 manat, cüzi məbləğ həddi isə 5 498 manat olub.

2024-cü ildə isə xərclər 35 992 722 manat təşkil edib. Bu dövr üzrə planlaşdırılan əhəmiyyətlilik 179 964 manat, prosedur əhəmiyyətliliyi 89 982 manat, cüzi məbləğ həddi isə 5 398 manat müəyyən edilib.

Audit çərçivəsində Komitənin fəaliyyətində nöqsanlar da aşkarlanıb. Belə ki, Komitənin tabeliyində olan "Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi" MMC Komitənin inzibati binasında 279,6 kvadratmetr sahədə fəaliyyət göstərməsinə baxmayaraq, bu istifadə ilə bağlı icarə müqaviləsinin bağlanmadığı müəyyən edilib.

Bildirilib ki, qanunvericiliyə əsasən dövlət əmlakının istifadəsi zamanı icarə haqları dövlət büdcəsinə yönəldilməlidir. Dövlət büdcəsindən maliyyələşən qurumlarda bu ödənişlər 100% dövlət büdcəsinə köçürülməli, kommersiya fəaliyyəti göstərən müəssisələrdə isə 50% həmin müəssisənin sərəncamında qalmalıdır.

Hesablama Palatası auditin nəticələrinə əsasən Komitəyə bir sıra tövsiyələr verib. Qurumdan dövlət əmlakının istifadəsi üzrə münasibətlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsi, icarə müqavilələrinin bağlanması və bu sahədə nəzarətin gücləndirilməsi tələb olunub.

Bununla yanaşı, maliyyə hesabatlarının hazırlanması və təqdim olunması proseslərinin daha da təkmilləşdirilməsi, mühasibat uçotu və konsolidasiya mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin daxili nəzarət sistemlərinin gücləndirilməsi tövsiyə edilib.

Palata həmçinin dövlət vəsaitlərinin istifadəsində şəffaflığın artırılması, maliyyə intizamının möhkəmləndirilməsi və mövcud risklərin minimuma endirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Ümumilikdə audit nəticələri göstərir ki, Dövlət Statistika Komitəsinin maliyyə hesabatları əsasən düzgün tərtib olunsa da, bəzi hallarda hüquqi və idarəetmə prosedurlarına tam əməl olunmaması bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri edir.

Tarix
2026.04.22 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla