Yuxarı

Müxalifətin "mitinq"i fiaskoya çevrildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, mitinqdi?! Ay balam, bu biabırçılığa son qoyun. Müxalifəti niyə bu günə qoydunuz? Niyə milləti biabır etdiniz axı?! Dünya baxıb gülür sizə. Barı xaricdən erməni diasporunun sizə verdiyi pulları bolluca xərcləyərdiniz. Tüpürüm sizin müxalifətliyinizə. Məhv etdiniz biz gəncləri.

Bu sözləri Azərbaycan müxalifitinin "ən əsas ruporu" sayılan Meydan TV-nin saytında bu gün Bakıda keçirilən müxalifət mitinqindən "canlı yayım"ı şərh edənlərdən biri, Vüqar Məmmədov az öncə yazıb.

Lamiyə Məmmədova isə bildirib: "Bu mitinqdə əsas iş fotoqraflara düşür. Yazıqlar əllərindən gələni etməlidirlər ki, şəkildə kütlə göstərə bilsinlər. Məlum məsələdi axı, Milli Şura heç vaxt kütlə toplaya bilmir mitinqlərinə".

Milli.Az bildirir ki, Bakıda Milli Şuranın sentyabrın 26-da keçiriləcək Konstitusiya dəyişikləri ilə bağlı referendumun keçirilməsinə etiraz olaraq təşki etdiyi "etiraz mitinqi" müxalifətin növbəti fiaskosuna çevrilib.

Yasamal rayonundakı Məhsul meydanına toplaşanlar AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənlinin həftələr əvvəldən bəri vəd etdikləri rəqəmlərdən dəfələrlə, hətta on dəfələrlə azdır.

Müxalifətçilərin iddialarının tam əksinə olaraq, polis insanlara aksiyaya qatılmağa əsla mane olmayıb. Mitinqə yollananlar yalnız meydanın qarşısında metalaxtaran turniketlərdə kiçik yoxlamalardan sonra buraxılırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi bu mitinqi AXCP sədri Əli Kərimli az qala "müxalifətin dirilişi" kimi təbliğ edir, Facebook-dakı profilində hamını mitinqə səsləyirdi.

Alınmadı, daha doğrusu Əli Kərimlinin çağırışları yenə də onun iddialı havasına qaldı.

AXCP sədrinin müavini Nurəddin Məmmədli belə, tribunada olarkən başını yelləyərək "mitinqlə bağlı gözləntilər"in doğrulmadığını etiraf edib.

Mitinqdə aparıcılıq edənlərdən biri isə sakramental kəlmələr söyləyib: "Yaxına gəlin, tribunaya yaxınlaşın, topa durun! Yoxsa deyəcəklər ki, mitinqdə heç kəs olmayıb".

Meydana yığışan şəxslər çağırışa əməl edib tribunaya yaxınlaşanda ərazinin boşaldığını görən aparıcı fikrini dərhal dəyişib:

"Bəylər və xanımlar, dağılışın, ətrafda durun! Hamınız burada dayananda meydan bomboş görünür!"

Əli Kərimlinin tərəfdarları mitinqə dini məzmunlu şüarlarla gəldikləri üçün bu plakatları polis onların əllərindən alıb və həmin şəxslərə mitinqdə radikal dini çağırışlarla təbliğatın yolverilməzliyini xatırladıb.

AXCP üzvləri Feysbuk səhifələrində də etiraf edirlər ki, "11 Sentyabr Mitinqi" kimi radikal müxalifət sıralarında reklam edilən aksiya uğursuzluğa düçar olub.

Səbəbsə trivialdır: xalq radikalların çıxışlarını olduğu kimi dəyərləndirib, yalanları gerçək kimi təqdim etməyə çalışanlara inanmadığını bir daha nümayiş etdirib.

Tarix
2016.09.11 / 19:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla