Yuxarı

Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert

İstər qonşu və qardaş ölkələrdə, istərsə də öz ölkəmizdə təhsil sahəsində baş verən neqativ hallar cəmiyyət tərəfindən ciddi narahatlıq doğurur. Bu kimi halların qarşısını almaq üçün qaydaların sərtləşdirilməsi zəruridir. Xüsusilə məktəblərdə müşahidə kameralarının artırılması, peşəkar mühafizə xidmətinin təşkili və şagirdlərin məktəbə daxil olarkən çantalarının yoxlanılması kimi tədbirlər vacib hesab olunur.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi məktəblərdə təhlükəsizlik tədbirlərindən danışarkən deyib.

O bildirib ki, Türkiyədə son hadisələrdən sonra atılan addımlar digər ölkələr üçün də nümunə ola bilər:

“Bu kimi texniki vasitələrin, o cümlədən detektorların tətbiqi təhlükəli əşyaların məktəbə gətirilməsinin qarşısını vaxtında ala bilər. Hesab edirəm ki, oxşar tədbirlərin Azərbaycanda da tətbiqinə ehtiyac var.

Məsuliyyət yalnız məktəblərin üzərinə düşmür, valideynlər də bu prosesdə aktiv rol oynamalıdır. Valideynlər övladlarının məktəbə gedərkən çantalarında nə daşıdıqlarına diqqət yetirməli, onların psixoloji vəziyyətini yaxından izləməlidirlər. Uşaqların maraq dairəsi, sosial şəbəkələrdə qarşılaşdığı məzmunlar da nəzarətdə saxlanılmalıdır. Çünki psixoloji durum bu kimi hadisələrin baş verməsində əsas amillərdən biridir”.

Elçin Əfəndi qeyd edib ki, ölkədə müəyyən təhlükəsizlik sistemi formalaşsa da, bu sahədə problemlər qalmaqdadır:

“Xüsusilə paytaxt məktəblərində müşahidə kameraları quraşdırılıb. Lakin bölgələrdə hələ də çatışmazlıqlar mövcuddur. Buna görə təhlükəsizlik tədbirlərinin bütün ölkə üzrə genişləndirilməsi və maliyyə resurslarının artırılması vacibdir.

Son dövrlərdə baş verən hadisələr məktəblərdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsini zəruri edir. Təhlükəsiz mühitin yaradılması üçün dövlət qurumları, məktəb rəhbərliyi və valideynlər birgə məsuliyyət daşıyır”.

Qeyd edək ki, Türkiyədə məktəblərdə baş verən silahlı insidentlərdən sonra təhlükəsizlik qaydaları kəskin şəkildə sərtləşdirilib, məktəblərə giriş-çıxış məhdudlaşdırılıb və nəzarət mexanizmləri gücləndirilib.

Tarix
2026.04.23 / 14:30
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla