Yuxarı

Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saxta sənəd hazılayan həkimin cəzası bəlli oldu

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin keçmiş müdiri İradə Dəmirovaya hökm oxunub.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, İradə Dəmirova Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərərvurma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub.

O, 308.1-ci maddə ilə 2 000 manat cərimələnib. Digər maddəyə gəlincə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb.

İş materiallarından məlum olur ki, İradə Dəmirova YAŞAT Fondunun subyektləri üçün nəzərdə tutulan ödənişsiz dərman vasitələrini satmaqda, həmçinin saxta tibbi sənədlər hazırlamaqda ittiham olunub.

Məhkəmə zamanı İradə Dəmirova verilmiş ittihamlarla özünü təqsirli bilməyib.

Tarix
2026.05.04 / 19:40
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

Leyenin Bakı mesajı: Yanaşma dəyişir, AB-nin məqsədi...

Simonyanın “vurulmasında” Moskva izi...

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla