Yuxarı

Masazırda ciddi narahatlıq: Dronlarla nəzarət... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Masazırda ciddi narahatlıq: Dronlarla nəzarət... - Video

Masazır qəsəbəsində son aylarda təhlükəsizliklə bağlı əhali arasında ciddi narahatlıqlar yaranıb.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə bloger Nail Kəmərli paylaşım edib.

Onun sözlərinə görə, son 2-3 ayda qəsəbədə vəziyyət xeyli dəyişib. Sakinlər bildirir ki, məhəllələrdə naməlum şəxslərin görünməsi, gecə saatlarında baş verən şübhəli hərəkətlər onları ciddi şəkildə narahat edir.

N.Kəmərli qeyd edib ki, ən narahatedici məqam əraziyə dron vasitəsilə nəzarət edildiyi ilə bağlı iddialardır:

“Bu artıq adi hal deyil. Bu, insanların öz evində belə özünü güvəndə hiss etməməsidir.

Valideynlər övladlarını çölə buraxmağa qorxur. Gecələr pəncərədən baxanda nə ilə qarşılaşacağını bilmirsən. Bu vəziyyət nə vaxta qədər davam etməlidir?

Sakinlər aidiyyəti qurumlara səslənir: Artıq gec olmadan tədbir görün!”

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, ərazi nəzarətə götürülüb:

“Ərazi üzrə daxil olan müraciətlər qeydə alınıb, müvafiq tapşırıqlar verilib. Araşdırma aparılır”.

Tarix
2026.05.06 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla