Yuxarı

İctimai yerlərdə yeni dələduzluq üsulu yayılır - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İctimai yerlərdə yeni dələduzluq üsulu yayılır - Xəbərdarlıq

Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara yeni yayılan kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib.

ETX-dən Axar.az-a verilən məlumata görə, son dövrlər dünyada naməlum şəxslərin ictimai yerlərdə müxtəlif bəhanələrlə vətəndaşlardan mobil telefon vasitəsilə kömək istəməsi halları artmaqdadır.

Məqsəd isə insanların biometrik məlumatlarını ələ keçirməkdir.

Məlumata görə, bu zaman qarşı tərəfin telefonunda gizli videozəng, ekran yazısı və ya digər qeyd funksiyaları aktiv ola bilər. Nəticədə vətəndaşın səsi, üz görüntüsü, bəzi hallarda isə toxunuş məlumatları qeydə alınaraq sonradan müxtəlif dələduzluq məqsədləri üçün istifadə edilir.

ETX beynəlxalq mühitdə müşahidə olunan bu kimi hallardan qorunmaq üçün vətəndaşlara bir sıra preventiv kibergigiyena tədbirlərinə əməl etməyi tövsiyə edib.

Qurum tanımadıqları şəxslərin mobil telefonlarına toxunmamağı, naməlum şəxslərin telefonlarında heç bir təsdiq əməliyyatı aparmamağı, kamera və ya səsli təsdiq tələb olunan hallarda ehtiyatlı davranmağı, şəxsi və biometrik məlumatları üçüncü şəxslərlə paylaşmamağı tövsiyə edib. Həmçinin yaşlı şəxslərin və azyaşlıların bu üsullar barədə məlumatlandırılmasının vacibliyi vurğulanıb.

Şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara, eləcə də Elektron Təhlükəsizlik Xidmətinin [[email protected]](mailto:[email protected]) elektron poçt ünvanına və ya “1654” qaynar xəttinə məlumat verilməsi xahiş olunub.

Tarix
2026.05.25 / 16:21
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla