Yuxarı

“Onların üzərinə böyük məsuliyyət düşür”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Q.Paşayeva Tovuzda müəllimlərlə görüşüb və gənclərin zərərli vərdişlərdən uzaq durması üçün səyləri daha da artırmağa çağırıb.

Axar.az xəbər verir ki, görüşdə müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat veriblər.

Qənirə Paşayeva bildirib ki, gənclər arasında zərərli vərdişlərə- narkomaniya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir:

"Ona görə ailələrlə bərabər, bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Məktəb təhsil verməklə yanaşı, vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı mütamədi söhbətlər aparsınlar. Belə hallara rast gəldikdə gec olmadan onlara dəstək olmağa çalışsınlar. Gənclərin lazımsız, mənasız, sadəcə, zamanlarını əllərindən alan vərdişlərdən uzaq durmaları, boş zamanlarını isə kitab oxumağa ayırmaları vacibdir. İnanıram ki, bu məsələlərdə əziz müəllimlərin səyləri daha da artacaq".

Tarix
2016.09.24 / 16:08
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

Keçmiş gömrük əməkdaşının cəzası elan olundu

Qarabağ atları Britaniyada kral atçılıq şousunda - Foto

Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…

İlham Əliyev Bakıda mühüm tədbirdə iştirak etdi - Foto

Möhtəşəm plan: Şuşanın “işğal günü”, görün, nə hazırlanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla