Yuxarı

Füzulidə bu təsərrüfatlara infotur təşkil edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzulidə bu təsərrüfatlara infotur təşkil edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına infotur təşkil edib.

Axar.az xəbər verir ki, QHT nümayəndələri, o cümlədən Nazirlik yanında İctimai Şuranın üzvləri üçün təşkil olunan infotur zamanı Aysel Novruzova, Günəş Heydərova və Xuraman Cəfərovanın proqramın dəstəyi ilə “Un məmulatları istehsalı” və “Qadın gözəllik salonu” zərfləri üzrə qurduqları kiçik biznes sahələrinə baxış olub.

Proqram iştirakçıları doğma yurdlarında daim dəstək tədbirləri ilə əhatə olunduqlarını vurğulayıblar. Onlar özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin edilərək qurduqları ailə təsərrüfatlarını inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.

İnfotur çərçivəsində Dövlət Məşğulluq Agentliyinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi aktiv məşğulluq proqramları, habelə özünüməşğulluq proqramı barədə QHT nümayəndələrinə ətraflı məlumat verilib.

Bildirilib ki, qeyd edilən ərazilərə köçürülmüş sakinlərdən ötən dövrdə 881 nəfər, o cümlədən Füzuli şəhəri üzrə 54 nəfər bu proqram çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edilib. Verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik ailə bizneslərini qurublar.

Görüşdə infotur iştirakçılarının sualları cavablandırılıb, fikir və təklifləri dinlənib.

Tarix
2026.06.16 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla