Yuxarı

"Günəşli"də qəza: 9 gəmi cəlb edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:20

Sentyabrın 26-da Azneft İB-nin "28 May" adına NQÇİ-nin "Günəşli" yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib.

SOCAR-dan Axar.az-a verilən məlumata görə, NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb.

Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb. Hazırda özüldəki işçilərin təxliyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.

Hadisə ilə bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) "Azneft" İB-nin "28 May" adına NQÇİ-nin "Günəşli" yatağının 19-cu özülündə baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 26 sentyabr 2016-cı il tarixdə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən "Azneft" İB-nin "28 May" adına NQÇİ-nin "Günəşli" yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixır-5 və Vixır-7 yanğınsöndürmə gəmiləri özülə yan almış və təhlükəsizlik tədbirlərinin görülməsinə başlayıb.

Hazırda qaz təzahürünün qarşısının alınması istiqamətində işlər görülür.

***

"Günəşli" yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürünün meydana çıxması ilə əlaqədar təhlükənin qarşısının alınması üçün bütün texniki tədbirlər görülüb. Prosesin özüldəki başqa quyulara təsir etməməsi üçün digər quyuların hamısı bağlanıb.

Bu barədə Axar.az-a SOCAR-dan bildirilib.

Məlumatda qeyd olunur ki, mütəxəssislər və hadisənin lokallaşdırılması üçün lazım olan şəxslər orada saxlanılıb, qalan işçilər isə təxliyə olunub.

"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin və FHN-in gəmiləri hadisə yerinə cəlb olunub. Hazırda hadisənin qarşısının alınması üçün ərazidə 9 gəmi iş aparır.

Qaz təzahürünün qarşısı hələlik alınmayıb, tədbirlər davam etdirilir. Ehtiyac olarsa, əlavə gəmilərin də göndəriləcəyi bildirilir.

Tarix
2016.09.26 / 15:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla