Yuxarı

Azərbaycanda son illər aparılan sosial islahatların uğurları…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda son illər aparılan sosial islahatların uğurları…

Gürcüstanın Tbilisi şəhərində BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimi olub. Tədbirdə 100-ə yaxın ölkədən 420 nümayəndə, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) nümayəndə heyəti iştirak edir.

Axar.az xəbər verir ki, açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze, ədliyyə naziri Paata Salia və BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua çıxış edərək Forumun əhəmiyyətini vurğulayıblar.

Tədbir çərçivəsində "Heç kəsi geridə qoymamaq üçün inteqrasiya olunmuş xidmət göstərmə sistemləri" mövzusunda keçirilən panel iclasında DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev əlçatan və insan mərkəzli ictimai xidmətlərlə bağlı məruzə ilə çıxış edib. O, Azərbaycanda son illər sosial sığorta və sosial təminat sahəsində aparılan islahatların uğurları, bu sahədə tətbiq olunan innovativ yeniliklər barədə məlumat verib.

Azərbaycanda dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması və proaktiv qaydada göstərilməsi, bu xidmətlərin göstərilməsi prosesində operativliyin və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində əldə olunan nailiyyətlər, habelə ölkəmizin sığorta-pensiya və sosial təminat sistemi ilə bağlı hədəflər diqqətə çatdırılıb.

Forumun digər sessiyalarında rəqəmsal inklüzivlik və iştirakçı idarəetmə vasitəsilə inklüziv dövlət idarəçiliyinin inkişafı, hökumətin hesabatlılığının və ictimai etimadın gücləndirilməsi üçün şəffaflıq mexanizmləri müzakirə olunub.

Bununla yanaşı, inklüziv, innovativ və gələcəyə hazır dövlət qurumları üçün bərabər iştirakın təşviqi, bu sahəni inkişaf etdirmək üçün rəqəmsal transformasiyanın idarə edilməsi, dövlət xidmətlərinin göstərilməsi üçün rəqəmsal ictimai infrastruktur və s. mövzularda çıxışlar edilib. Əlçatan və insan mərkəzli ictimai xidmətlər, dezinformasiyaya qarşı mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2026.06.24 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla